Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2015

"ABŞ təyyarələri terrorçuları deyil, toy məclislərini bombalayır" - Edvard Snouden

Milli Təhlükəsizlik Agentliyinin sabiq agenti Edvard Snouden ABŞ pilotsuz təyyarələrinin Suriya və İraqdakı mövqeləri bombalayarkən niyə bu qədər çox dinc sakinin ölməsi sirrini açıqlayıb.

Snouden bunu Pentaqonun zərbə endirərkən mobil telefon zənglərini hədəf seçməsi ilə əlaqələndirib.

“Onlar konkret vətəndaşı hədəf seçmirlər, telefonu istiqamət kimi götürürlər. Telefonu həmin anda terrorçunun yaxud onun anasının tutduğunu isə bilmirlər. Bax, buna görə pilotsiz təyyarələrin bir çox zərbəsi fiasko ilə nəticələnir. Terrorçu yerinə toy məclislərini bombalayırlar” - deyə Snouden bildirib.

Oktyabr ayında “The Intercept” qəzeti ABŞ pilotsuz təyyarələrinin endirdiyi zərbələr haqda məxfi sənədləri açıqlamışdı. Ölənlərin 90%-i mülki əhalinin payına düşürdü. Ancaq son nəticə kimi mətbuata bu qurbanların İŞİD tərəfindən öldürüldüyü deyilir.

Edvard Snouden hesab edir ki, heç bir İŞİD mövcud ola bilməzdi, əgər ABŞ Suriya və İraqı bombalamasaydı.

Pilotsuz təyyarələrin bombardmanı daha çox terrorçu yaradır, nəinki öldürülənlər. Onun sözlərinə görə, Yaxın Şərq regionuna ən böyük təhlükə elə ABŞ-ın xarici siyasətidir.
371 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49