Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2015

Pentaqon: ABŞ müharibə istəmir

“ABŞ Rusiya ilə müharibə istəmir, nə “soyuq”, nə də “isti”. Lakin biz özümüz və müttəfiqlərimizin maraqlarını müdafiə etməkdə davam edəcəyik”.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, bunu Pentaqonun rəhbəri Eşton Karter bəyan edib.

Onun sözlərinə görə, rəsmi Moskva Avropada münaqişələrə rəvac verir: “Ukrayna və Gürcüstanın suverenliyi pozulub, Baltikyanı ölkələr hədələnir. Suriyada isə Rusiya vətəndaş müharibəsinin oduna yağ tökür”. Bununla belə E.Karter Rusiyanın Suriya münaqişəsində konstruktiv rol oynayacağını da istisna etməyib./apa/
499 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26