Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2013

Qazaxda icra başçısının “Ölməz Kaşşeyi”

RİH başçısı Ayaz Əsgərov rayonu hansı kadrlarla idarə edir(mi)?

Azərbaycanda özlərinə məxsus xüsusi əməllərlə tanınan soyadlardan biri də Əsgərovlardır. Başda Baş Dövlət Yol Polis İdarəsini rəisi, general Ramiz Zeynalov, ortada daim qalmaqaldan adı mətbuat səhifələrindən düşməyən Arif Əsgərov, axırda isə Qazax Rayon İcra Hakimiyyətinin “görünməyən” icra başçısı Ayaz Əsgərovdur. Ayaz Əsgərov əslində Qazax əhlisinin sadə adamlarına görünmür. Onun görünməyə-görünməyə hansı yeyintilərlə məşğul olması, necə “komanda” ilə işləməsi millətə yaxşı məlumdur.

Bir halda ki, başçı dura-dura Qazağı “saxta” elmlər namizədi, rayon icra hakimiyyətinin müavini Gülayə Həsənova və “dilbilməz” Məmməd Alıyev “fırlatsın”, onda kimin mənəvi haqqı var ki, Ayaz Əsgərovun Qazaxdakı işini müsbət qiymətləndirsin? Hələ ki, bu məcaralar mövzumuzun məqsədi deyildir... Məqsəd isə vaxtı ilə Qazax Rayon İcra Hakimiyyətini sabiq “Pinoçeti” olan Əsəd Orucovun dövründə ümümi şöbə müdiri işləmiş, həmin dövrdə Həccə getmiş, sonradan sabiq başçının oğlunun nişan qoyma mərasimində sevindiyindən içki içməklə hacılığını itirmiş, hazırda isə Qazağın sərhəd kəndi olan Quşçu Ayrım kəndində icra nümayəndəsi vəzifəsində işləyən Elman Nəsibovun yaramaz əməllərindən söhbət açmaqdır.

Kənddə Elman Nəsibov, sanki “Ölməz Kaşşeyi” xatırladır. Quşçu Ayrım kəndində ürəyi necə istəyirsə onu da həyata keçirir. Qarabağ əlili, veteranı, şəhid ailəsi və yetim-yesir kim olduğunu başa düşmədən hər kəsə bacardığı pisliyi edir. O, bu yardımı Qazax Rayon İcra Hakimiyyətinin məsul işçisi Məmməd Alıyevdən alır. Bu barədə kənd camaatı Ayaz Əsgərovun qəbulunda olmaqla onun diqqətinə çatdırmasına baxmayaraq əhalinin şikayətlərinə baxan yoxdur. Son günlər sərhəd kəndində 3 il bundan öncə inşa edilmiş məktəbin sökülməsi, yerində isə yenisinin tikiləcəyi kənd camaatını lap hiddətləndirib. Axı, sökülmüş həmin məktəb binası ermənilərlə ağız-ağıza olan bir kənddə başqa aidiyyət üzrə istifadə edilə bilərdi? Bəs həmin binanın tikinti materialları hara “buxarlandı?” İcra nümayəndəsinə kənd əhalisi dərdini deyə bilmir. Çünki o, kənddə yaşamır. Kəndlə arası azı 15 km məsafədə olan Qazax şəhərində yaşayır. O da məlumdur ki, kəndin dərdi-sərinə kənddə yaşayan daha müvəssəl qatıla bilər. Necə olur ki, Elman Nəsibov kənd camaatını başsız qoyub özü Qazaxdakı isti “yuvasinda” rahatca yatır? Kəndin idarəsini isə adını çəkmək istəmədiyimiz 75 yaşlı, orta təhsilli bir qadına tapşırıb?

Elman Nəsibovun tamahı “Həzrəti Əli”nin qılıncından itidir, desək bəkə də yanılmarıq. TİA.AZ xəbər verir ki, o, hətta şəhid ailəsi olan Rahilə Məhəmməd qızı İsmayılovaya verilən tikinti materiallarını belə “yeməkdən” çəkinməmişdir. Onun bu ədalətsizliyinə dözməyən mübüriz Quşçu Ayrım kənd sakinləri bu günlərdə etiraz aksiyası da keçirmək istəyiblər ki, Elman Nəsibov işindən uzaqlaşdırılsın. Lakin polis bu işə müdaxilə etmişdir.

Dogurdan da, Qazax rayonunda bu gün heç bir iş görülmür. Əhalinin ərizə və şikayətlərinə tam baxımsızlıqdır. Ayaz Əsgərov icra başçısı təyin edildiyi gündən rayonda ətalət və süstlük hökm sürməkdədir. Rayon əhalisinin yarısından çoxu, demək olrar ki, onun sifətini belə görməyib. Rayon icra hakimiyyəti qızıl satanın, dux satanın, arı saxlayanın, sənəd saxtalaşdıranın, vaxtilə benzin satanın, camaşırxanada çalışanın və sairələrın “nəzarətinə” keçib. Belə yerdə Elman Nəsibov kimiləri Quşçu Ayrım kəndində necə “at oynatmasın?” Yenə də əlac kəndin öz camaatına qalıb. Nə padşahdan, nə də vəzirdən hələ ki, imdad yoxdur./gundemxeber.az/
1783 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:11
Hacı