Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2015

Amerika müdafiə naziri sözlərində həddini aşıb!























Nur-az.com tasnim.ir-a istinadən:
İran birləşmiş silahlı qoşunları qərargahı baş komandanı general-mayor seyid Həsən Firuzabadi bu yaxınlarda Amerika müdafiə nazirinin vurğuladığı “İran regionda quru qoşunlarını yeritmək fikrindədir” – sözünə cavab olaraq bildirib ki, İranın qonşu ölkələrin heç biri ilə ərazi iddiası və ya milli mənafe marağı kimi prinsipi yoxdur. O, əslində danışığında həddini aşaraq batinindəki niyyətini aşkar edib. Doğrusu, Amerika və müttəfiqləri müsəlmanların qanına susamış, Əfqanıstan, Pakistan, İraq, Suriya, Livan, Yəmən və Şimali Afrikada təkfirçi terroristləri müsəlman xalqların canına salmağı azmış kimi, indi də, müsəlman qardaş ölkələri bir-birinin canına salmaq istəyirlər. Hal-hazırda İranın birinci düşməni Amerika və sionist rejimidir və bizim müdafiə iqtidarımız da, onların regionda hiylə və fitnəkarlıqlarına qarşı durub. İran İslam Respublikasının regionda mövqeyi həmişə vahiddir, siyasətimiz İslam və müsəlmanların vəhdəti, milli mənafeyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı heç vaxt dəyişilməyəcək. Biz əminik ki, Amerika müdafiə nazirinin bu baxış və fikirləri yanlış məlumat və regionda gedən proseslər barədə səhv təsəvvürdən qaynaqlanır ki, bu da bir nəticə verən deyil.
486 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat