Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2015

Ərəbistanın saray müftisindən maraqlı İŞİD açıqlaması

Nur-az.com alalam.ir -a istinadən:
Neçə gün əvvəl Ərəbistanın paytaxtı Riyadın “Turki bin Abdullah” məscidində “İŞİD təhlükəsi və onunla mübarizə yolları” adı altında təşkil edilən yığıncaqda Ərəbistanın saray müftisi Əbdüləziz Ali-şeyx bildirib ki, İslam bir şeydir, İŞİD isə tamam başqa bir şey və İslamdan ayrıdır. İŞİD bir cinayətkar qruplaşma olaraq məqsədi müsəlman ümmətinə zərbə vurmaq, fəsad törətmək, müsəlmanları qırmaqdan ibarətdir, onların qanını halal sandıqları halda kafirlər və bütpərəstlərlə mübarizədən tamamilə qafildirlər, İraq və Suriya əhalisinin başına olmazın bəlalar gətirirlər. İslamdan ən çox uzaq olanlar elə onlardır, əsil düşməndirlər, onlardan özümüzü qorumalıyıq: “هم العدو فاحذرهم” (“Onlar düşməndir, bəs, özünüzü onlardan qoruyun!”, “Munafiqun” surəsi, ayə. 4)
Sanki o, Ərəbistanın İŞİD və digər terrorist qrupların formalaşmasında rolundan, İbn Teymiyyə və Əbdülvəhhab kimi İslamdan uzaq vəhabi banilərinin azğın irsindən və hal-hazırda Ali-Səud başda olmaqla vəhabi müftilərinin müsəlman firqələrin əleyhinə təkfir, qətl fətva-fərmanlarından xəbərsizmiş kimi qeyd edib ki, indiyədək İŞİD İslam adı altında qondarma iddiaları ilə bir çox nadanları özünə cəlb edə bilib. İŞİD-ə qoşulmağa doğru həvəsləndirən və ruhlandıranların hər biri nadan, mənəvi xəstə, qəlbi kinlə doludur.
519 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber