Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2015

İraq dövlət qoşunları əl-Rəmadi şəhərinə daxil olub!

Nur-az.com shia-news.com-a istinadən:
Son xəbərə əsasən, artıq İraq dövlət qoşunlarının əl-Rəmadi şəhərinə daxil olduğu bildirilir. Ötən şənbə günü qoşunlar könüllü xalq qüvvələri və məntəqədə yerləşən köçərilərin köməyi vasitəsilə şəhərin qərbində yerləşən neçə məntəqəni, o cümlədən, mühasirədə olan 8-ci briqadanın qərargahını və əl-Vərar düşərgəsini tamamilə terrorist ünsürlərdən təmizləyə biliblər. Əl-Vərarın azadlığından sonra qoşunların şəhərə girişinə tam şərait yaranıb. Məlumat üzrə onların gələn neçə gün ərzində şəhərin mərkəzinə qədər irəliləyəcəyi ehtimalı çoxdur. Son neçə gün ərzində şəhərin ətrafında həyata keçirilən əməliyyatların əksəriyyəti müvəffəqiyyətlə başa çatıb, məxsusən, onun qərbində çoxlu İŞİD terrorist ünsürü, neçə baş komandiri məhv edilib.
488 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber