Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2013

Mirsüleyman Mirxaslı haqda şok məlumatlar

Vətəndaşların adına işlənmiş plastik kartlar onlara 3-4 aydan sonra qaytarılır

Cəlilabad rayonunda baş verən özbaşnalıqlar artıq pik həddə çatıb. İndiyədək mətbuatda dərc olunan yazılar yerli hakimiyyət orqanlarını bu əməldən çəkindirməyib. Necə deyərlər, dəyirman bildiyini edir…
Yenə bu rayondan şikayət var. Süleymanbəyli kəndində yaşayan Ağagül Əkbərov, Eçara kəndinin sakini Hacıbala Nəsirov və adlarının çəkilməsini istəməyən daha bir neçə nəfər (onların bəziləri həyat yoldaşını itirmiş qadınlardır) süründürməçilik, bürokratik əngəllər və rüşvət tələbi nəticəsində dövlətin “ünvanlı sosial yardım proqramı”ndan kənarda qaldıqlarını bildirirlər.Əyalət insanları bildiriblər ki, yardım almaqdan ötrü Cəlilabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) rəhbəri Mirsüleyman Mirxaslıya son 2 ildə dəfələrlə müraciət ediblər.
Yaşayış səviyyələrinin həddindən artıq acınacaqlı durumda olduğunu izah edən vətəndaşlar, hər dəfə yardım əvəzinə vəd aldıqlarını deyiblər: “Adamlar get-gələ salındığından, son vaxtlar Mərkəzdə adam əlindən tərpənmək, dərdini kiməsə demək olmur. Cənab Mirxaslının qəbuluna düşmək üçün səhərdən axşamadək ayaq üstə dayanmalı oluruq. Axırda da eşitdiyimiz quru vəddir: “Bu ayın planı dolub, imkan daxilində gələn ay təyin edərəm.” Beləcə aylar bir-birini əvəzləyir. Adımıza açılmış qovluqlardakı sənədlər köhnəldiyindən, onları bir neçə dəfə təzələmişik. Amma kasıblar bir tərəfdə qalır, imkanlıların, işbazların sənədlərini bir neçə dəqiqənin içində düzüb-qoşurlar.”
Şikayətçilərin narazılıqlarını nəzərə alaraq, məlumatı araşdırmaq qərarına gəldik. Məlum oldu ki, rayon üzrə 3291 ailəyə ünvanlı sosial yardım təyin edilib. Yardımın təyin edilməsində M. Mirxaslıya yaxın xüsusi dəllallar movcudur. Həmin şəxslərin xidmətləri nəticəsində adları siayhıda olan ailə başçılarına ildə 2500 mantdan çox vəsait ayrılır. Lakin yardımı almaqdan ötrü vətəndaşların adına işlənmiş plastik kartlar ilk 3-4 ay müddətində həmin dəllallarda olur. Onlar Mərkəz rəhbərinə çatacaq məbləği götürəndən sonra kartı sahibinə qaytarırlar. Səsini çıxaran, narazılıq edən isə növbəti il bu yardımdan birdəfəlik məhrum olunur.
Camaat Səlim Müslümovdan kömək gözləyir.
Sıradan hay-küy salan, yuxarı dairələrdən göndərilən insanlara isə il ərzində maksimum 800-1200 manat arası pul ayrılır. Növbədə isə minlərlə ailə var ki, kasıblıqdan əziyyət çəkir, yardım almaq üçün yollar axtarır. Bu şəxslər nəinki ƏSMM-in rəhbəri Mirsüleyman Mirxaslının, heç onun dəllallarının da qəbuluna düşə bilmir./infom.az/
1704 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:56
“Korr