Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2015

Rusiya İranla razılaşdı: S-300 müqaviləsi

Moskva və Tehran S-300 zenit raket komplekslərinin İrana verilməsi ilə bağlı müqavilə imzalayıblar.

Bunu jurnalistlərə açıqlamasında “Rostex” dövlət konserninin rəhbəri Sergey Çemezov söyləyib. Onun sözlərinə görə, müqavilənin birinci hissəsinin yerinə yetirilməsindən sonra İran Rusiyaya qarşı olan iddialarını geri götürəcək.

Qeyd edək ki, Rusiya beynəlxalq sanksiyalar ucbatından İrana S-300 zenit raket komplekslərini verə bilməmişdi. 2015-ci ildə Rusiya Prezidenti Vladimir Putin İrana S-300 raketlərinin satışı ilə bağlı qadağanı ləğv etmişdi. Bunun ardınca Moskva İrana satacağı raketlərin modernizasiyanı həyata keçirəcəyini açıqlamışdı. İran isə Rusiyanın bu raketləri verməyəcəyi halda Moskvanı beynəlxalq məhkəməyə verəcəyini söyləmişdi./axar/
427 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP