Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2015

10 noyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Temperaturun gecə 7-10°, gündüz 11-13° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, bəzi yerlərdə 3-5° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.

Səhər dağlarda duman olacaq.

Noyabrın 07-si axşamdan 11-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
486 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 10:51