Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2015

Ruhani Fransada ziyafət süfrəsinə şərab qoyulmasına icazə vermədi

İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin noyabrın 17-də Fransaya rəsmi səfəri gözlənilir. Lakin səfərdən əvvəl Paris və Tehran arasında protokol böhranı yaşandığı bildirilir.

RTL radiosunun diplomatik mənbələrə istinadən yaydığı xəbərdə, Ruhaninin protokol xidməti Parisə səfər zamanı təşkil olunacaq ziyafətdə süfrədə şərabın olmamasını və menyunun tamamilə halal qidalardan təşkil olunmasını istəyib.

Fransa tərəfi isə tələblərlə razılaşmadığını, bunun Respublika prinsiplərinə zidd olduğunu bildirib və ziyafət tamamilə ləğv edilib. Lakin imtinanın qarşılığında İran tərəfinə günorta yeməyi yerinə nahar təklifi edən Fransa, bu dəfə də “yox” cavabı alıb. Ruhaninin protokol xidməti, bunun çox sadə olduğunu bildirib və təklif rədd edilib.
456 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı