Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2013

Terrorçular Suriyanın Adra şəhərində ələviləri soyqırım ediblər

Şahidlərin sözlərinə görə, qaniçənlər heç qadın və uşaqlara da rəhm etməyiblər

«Ən-Nusra Cəbhəsi» terror təşkilatının mindən çox silahlı terrorçusu Dəməşqin 40 km-dəki Adra şəhərinə hücum edərək, qətliam törədiblər. Ekstremistlərin qatı dumandan istifadə edərək şəhəri müdafiə edən milli müdafiəyə hücum etdikləri bildirilir. Hərbçilər müqavimət göstərsələr də qarşı tərəfin sayının çoxluğu onların uğursuzluğuna səbəb olub.

Terrorçular yerli sənayeçilərin və onların ailələrinin yaşayış mənzillərinə hücum çəkiblər. Aralarında ərəblərin üstünlük təşkil elədiyi muzdurlar ələviləri qətliam ediblər. Şahidlərin sözlərinə görə, qaniçənlər heç qadın və uşaqlara da rəhm etməyiblər. Qurbanların sayı hələ naməlumdur. Bütöv ailələr soyqırım edilib, evlər müəssisələr yanıdırıb.

Terrorçuların hücumu şəhərdə panikaya səbəb olub. Sakinlərin yarısı zirzəmilərdə gizlənib, digərləri qonşu Əl-Küteyfəyə pənah aparıb. Bu müddətdə silahlı dəstə üzvləri yerli ərzaq anbarlarını qarət ediblər, həmçinin mazut ehtiyatı da mənimsənilib.

Qətliam yerinə özünü çatdıran Suriya qoşunları hazırda terrorçularla mübarizə aparır. Şəhər küçələrində döyüşlər gedir.

Ekstremistlərin şəhərə İraq sərhədindən girdiyi düşünülür. Ehtimal ki, terrorçular bu soyqırımı etməklə Suriya Ordusunun dağlıq Kalyamun ərazisindəki əməliyyatdan diqqətini yayındırmağı və qoşunun yarısını Adraya cəlb etməsini istəyiblər./faktxəbər/


1767 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR
19.05.17, 21:19
Nağıllar hökuməti