Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2015

​Suriya ordusu Palmirdə 40 terrorçu və 20 zirehli maşını məhv edib

Suriya ordusu Palmir rayonunda 40 terrorçu və 20 zirehli maşını məhv edib.
Bu barədə Latakiyada jurnalistlərə Suriya ordusunun briqada generalı Əli Mayhub bildirib.
"Homs əyalətinin Palmir istiqamətində (Tadmor), Əl-Qiyal dağları ərazisində yerləşən Əs-Sufuh əş-Şarki adlı yerdə əksəriyyəti əcnəbi olan 40-dan çox terrorçu məhv edilib. Həmçinin ən azı 20 zirehli maşın və üzərinə pulemyot quraşdırılmış pikap tipli avtomobil sıradan çıxarılıb", - deyə o qeyd edib.
"Qoşunlarımız İŞİD terror qruplaşması ilə şiddətli döyüşlər aparır. Sadad şəhərinin şərqində silahlıların mövqeləri ələ keçirilib. Terrorçuların Umm Sahrec, İnk əl-Haui və Ruhum yaşayış məntəqələri tərəfdən Maksao əl-Xisan və Cub əl-Cirah istiqamətində hücumunun qarşısı alınıb", - deyə Mayhub bildirib.
485 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16