Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2015

İŞİD əhaliyə əl-Riqqəni tərk etməyi qadağan edib!

Nur-az.com alalam.ir-a istinadən:
Artıq on gündür ki, İŞİD Riqqəni mühasirəyə alaraq əhaliyə – yalnız müstəsna halları çıxmaq şərtilə – şəhəri tərk etməyi qadağan edib. Suriya əl-Vətən qəzetinin verdiyi məlumata görə, əhalinin şəhərdən çıxması üçün hökmən əlində yazılı vəsiqəsi olmalıdır. Ehtimal verilir ki, cümə axşamından etibarən İŞİD şəhər daxilində internetə qoşulma imkanını tamamilə kəssin. Xəbərlərdə İŞİD bunu “Demokratik Suriya ordusu” adlı qüvvələrin şəhərə nüfuz edərək onların qərargahlarına qəfil zərbə endirmə ehtimalı və ya koalisiya hava qoşunları üçün məlumat ötürə bilməsilə əlaqələndirib. Amma qəzetin yazdığına görə, həqiqətdə onlar insan kütləsindən sipər kimi son vaxtlar artan hava hücumlarının qarşısını almaq məqsədi güdürlər. Şəhəri tərk edib, qaça bilənlər isə əvvəl özlərini Türkiyəyə yetirir və bundan sonra yenidən vətənə Hələbə qayıdırlar.
526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı