Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2015

Əl-Riqqədə İŞİD komandirləri arasında böyük ixtilaf hakimdir!

Nur-az.com ruyeş-news-a istinadən:
“Panorama Şərq əl-Ovsət” bu yaxınlarda İŞİD-in əl-Riqqə şəhəri üzrə komandirlərindən sayılan Əbu əl-Vəlid əl-Tunisinin onlardan ayrıldığı haqda xəbər verib. Məlumata əsasən, bu şəxs qeyd edib ki, İŞİD-in paytaxtı sayılan əl-Riqqə şəhərində komandirlər arasında böyük ixtilaf yaşanır və bəzən ciddi qarşıdurmalara və atışmalara qədər gedib çıxır. Onların Riqqənin valisi sayılan Əbu Loğman ilə icraiyyə komitəsi üzrə məsul katibi Əbu Məhəmməd əl-Ədnani arasında kəskin münaqişə mövcuddur və bunun təsiri qruplar arasında da, özünü göstərməkdədir. O, özünün İŞİD-dən ayrılma səbəbini insanlığa zidd rəftarlar, kütləvi qətliamlar və bəzən də, komandirlər arasında yaranan şəxsi intiqam hallarının təhlükəsi ilə əlaqələndirib. Bundan əlavə qruplar arasında ölkələr üzrə də, ixtilaflar qarşıya çıxır və hamıdan çox tunisli və liviyalılar rəhbərlik və icraiyyə işlərinin bölgüsündə mövcud vəziyyətdən narahatdırlar, hazırkı strukturu dəyişmək niyyətindədirlər.
500 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı