Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2015

McDonald`s hamburgerindən siçovul başı çıxdı

Meksikanın Mexiko ştatının baş prokurorluğunun qərarı ilə ölkə paytaxtının həndəvərindəki Tlalnepantl qəsəbəsində yerləşən McDonald`s restoranı bağlanıb. Səbəb bu restoranda müştərilərə verilən hamburgerlərdən birinin içindən qızardılmış siçovul başının çıxmasıdır.

Milli.AzLa Jornada-ya istinadən bildirir ki, aldığı hamburgerdə siçovul başını görən qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya düşüb.

El Universal-ın məlumatına görə, o, polisə müraciət edərək günahkarların cəzalandırılmasını tələb edib.

Ət parçalarının arasında siçovul başının olduğu hamburgerin fotoları sosial şəbəkələrdə yayılıb.

MCDonald`s bütün ittihamları rədd edərək bildirib: "Bizim fastfudlar restoranları şəbəkəsinin başlıca siyasəti müştərilərə keyfiyyətli və təhlükəsiz qidanın təqdim olunmasıdır".

Meksikanın baş prokurorluğu(La Procuraduría General de Justicia del Estado de México) McDonald`s-a qarşı 483310452615 saylı cinayət işi qaldırıb.
487 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:12