Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2015

"10 ildir ki, Bakının bir addımlığında işıq üzünə həsrətik"

“10 ildir ki, Bakının bir addımlığında işıq üzünə həsrətik. Həftədə 4-5 dəfə işıqlarımız sönür. Söndüyü bəs deyil, yananda da vurub elektrik avadanlıqlarını sıradan çıxarır. 2-3 min manat xərc çəkib kombi çəkdirənlər var ki, heç onu işlətmək qismət olmayıb, soyuducusu, televizoru, kondisioneri sıradan çıxanları demirəm”.

Bunu Xırdalan şəhəri Mehdi Hüseyn küçəsində yaşayan İlqar Atayev bildirib.

Həmin ərazidə yerləşən 54 nömrəli transformatorun 10 ildən çoxdur ki, yenilənmədiyini deyən şikayətçinin sözlərinə görə, ərazidə 100-lərlə ev bu problemdən əziyyət çəkir. Hər dəfə qırılan naqillər bərkidilsə də, bu, ərazinin elektrik problemini yalnız qısa müddətə həll edir.

“Oktyabrın 24-ü axşamdan şəbəkədə həm 0, həm də fazada cərəyan var idi. Bütün soyuducuları, kombiləri, elektrik avadanlıqlarını yandırdı. Noyabrın 7-si gecədən səhərə kimi işıq söndü, yananda kondisioneri sıradan çıxardı. İşıq sönən kimi ərazidə bir mühəndis var, onu çağırırıq, gəlir qırılanı yamayıb gedir. Şənbə-bazar günlərinə düşəndə isə, ümumiyyətlə, ərazi elektrik şəbəkədə heç kimi tapmaq olmur”, - deyə şikayətçi bildirdi./publika/
564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber