Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2015

Rusiya: “Əsəd getsə, Yaxın Şərq dağılacaq”

Suriya Prezidenti Bəşər Əsədin zorla iqtidardan uzaqlaşdırılması Yaxın Şərqdə “qara dəlik” yarada bilər.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Komsomolskaya Pravda” qəzetinə müsahibə verən xanım Zaxarova Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının Suriya üçün böyük faciələrə yol aça biləcəyini deyib:

“Əsəd iqtidardan zorla uzaqlaşdırılsa, bu, Suriya üçün faciə olar. Eyni zamanda Yaxın Şərqdə böyük bir “Qara dəlik” yaranar. Belə olan halda bölgəyə nəzarət həmişəlik əldən çıxa bilər.

Əsədin hakimiyyətdən gedəcəyi təqdirdə Yaxın Şərqdə böyük partlayış baş verəcəyini deyən rusiyalı diplomat xaosun yalnız İŞİD-ə xidmət edəcəyini bildirib.

“İŞİD-in istədiyi də elə Əsədin devrilməsi və bölgənin nəzarətsiz qalmasıdır. Bu səbəbdən Suriya hökumətinin qorunmasını istəyirik”, - Zaxarova qeyd edib.
556 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:39