Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2015

11 noyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 11-də yarımadanın bəzi yerlərində yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 13-16, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 11-də bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 11-13-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsizdir.
589 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:43