Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2015

“Rusiya-İran əlaqələri yeni mərhələyə qədəm qoyur”

İran Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaizi iş adamlarından ibarət 70 nəfərlik heyətlə Rusiyaya səfər edib.

Bu məlumatı İran dövlət televiziyası yayıb. Vaizi Moskva səfərindən əvvəl verdiyi açıqlamada deyib: "İran və Rusiya arasındakı əlaqələr bütün sahələrdə yeni bir dövrə qədəm qoyur. Səfərimizdə Rusiya ilə bir çox məsələləri müzakirə edəcəyik".

Nümayəndə heyətinin həmkarlarıyla enerji əməkdaşlığı, Rusiyanın İranda inşa edəcəyi elektrik stansiyaları və dəmir yolları layihələri barədə danışıqlar aparacağı gözlənilir.

Görüşlərdə iki ölkə arasında qurulması planlanan müştərək bank, Rusiyanın İrana 5 milyard dollar kredit verməsi və İranın Avrasiya İnkişaf Bankına üzvü kimi mövzuları da gündəmə gətiriləcək.
517 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber