Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2015

Hökumətin “qohum-əqrəba” komandası

Kadrlar hansı meyarlar əsasında seçilir?

Hökumətimizin “kadr islahatları” ilə bağlı çox yazılar yazmışıq. Ümumiyyətlə, bu ölkədə “vəzifədən azad etmək” ənənəsi populyar deyil. Ən yaxşı halda vəzifəlilərin yerdəyişməsi baş verir. Hansısa rayonun icra başçısı, polis rəisi, başqa bir rayona təyinat alır. Yaxud, hansısa nazir, nazir müavini daha yüksək vəzifəylə mükafatlandırılır və onların yerinə də başqa bir köhnə kadr keçir. Yəni, toplananların yeri dəyişsə də, cəm dəyişmir.

Amma hökumətimizin kadr siyasətində ən önəmli məqam vəzifəli şəxslərin qohum-əqrabasına “stavka” etmək dayanır. Ümumiyyətlə, bizim hökumətimizə “qudalar hökuməti” adı verilib və çalışırlar ki, təynatlar doğmalardan təşkil olunsun. Əgər araşdırma aparsaq görəcəyik ki, bütün mühüm postlarda əyləşənlər hansısa iri məmurun qohumudur.

Son günlər şahidlik etdiklərimiz də buna bariz nümunədir. Məsələn, Daxili Işlər Naziri Ramil Usubovun son təyinatları bu qəbildəndir. “Nazir Yaqub Eyyubovun oğluna vəzifə verdi”, “ Ramil Usubov deputatın oğluna vəzifə verdi”, “Ramil Usubovun kiçik oğluna DIN-də vəzifə verildi” başlıqlı yazılar mətbuatda “at oynadır”.

Yaxud, Eldar Mahmudov “vurulandan” sonra mətbuatda “Keçmiş nazirin qohumu işdən azad edildi”, “Mahmudovun yaxını vəzifədən çıxarıldı” başlıqlı yazılar dərc olunur. Həbs olunmuş MTN generalları ilə bağlı da eyni tipli xəbərlər yayılır. Məsələn, “MTN generalının oğlu işdən qovuldu”, “MTN generalının qardaşı vəzifədən kənarlaşdırıldı” tipli xəbərlər kifayət qədərdi.

Bir daha məlum olur ki, bütün postlar vəzifəli şəxslərin qohum-əqrabası tərəfindən zəbt edilib. Yeri gəlmişkən, bugünlərdə sosial şəbəkələrdə ARDNŞ şefi Rövnəq Abdullayevin qohumlarının tutduğu vəzifələrlə bğalı siyahı yayılmışdı. Bu siyahıdan məlum olur ki, Neft Şirkətindəki bütün məsul vəzifələr Rövnəq Abdullayevin qan qohumlarının ixtiyarındadır.

Belə çıxır ki, harınlıq edən, vəzifə səlahiyyətlərini aşan, qanunsuz əməllər törədənlər yüksək postda təmsil olunanların aşağı postlardakı qohumlarıdı. Yəni, ölkə başçısının tez-tez hədələyib, cəzalandırmadığı adamlar, hökumətə tanış olan adamlardı. Demək istəyirik ki, uzağa getməyə ehtiyac yoxdur, neqativlər hökumətin lap yaxınlığındadır./azadlıq/
613 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44