Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2015

ABŞ prezidentliyinə namizəd Putini dəstəklədi

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp partiyadaxili müzakirələrdə Rusiyanın Suriyada keçirdiyi əməliyyatları dəstəkləyib.

Tramp Rusiya prezidenti Vladimir Putinin İŞİD terror təşkilatını məhv etmək istəyini alqışlayıb.

“Əgər Putin İŞİD-i məhv etmək istəyirsə, onda mən 100 faiz onun arxasındayam. Mən kiminsə buna necə qarşı çıxdığını anlaya bilmirəm”, - deyə o, bildirib.

Prezientliyə namizəd qeyd edib ki, şəxsən özü Suriya prezidenti Bəşər Əsədi dəstəkləmir. Bununla yanaşı, o, Vaşinqtonda Suriya müxalifətini kimlərin təmsil etməsi haqqında məlumatların az olduğunu da diqqətə çatdırıb: “Biz bunların özlərini necə aparacağını bilmirik. Onlar hətta Əsəddən də pis ola bilərlər. İraq və Liviyadakı hadisələr buna bariz nümunədir. Oradakı nizamsıqlığa baxın. Bundan sonra biz orada 2 trilyon dolları necə də xərclədik?!”.

Milyarder ABŞ-ın Ukraynanı müdafiə etməsi barədə də danışıb: "Biz Ukraynanı niyə müdafiə edirik? Ukraynanın ətrafında olan digər ölkələr məgər vəziyyəti görmürlər?! Niyə görə onlar Ukraynanı müdafiə etməyə təşəbbüs göstərmirlər?! Buna görə də biz daha ağıllı olmalyıq. Biz dünya polisi rolunu oynamamalıyıq”./modern/
571 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP