Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2015

Rusiyadan İrana daha bir hərbi dəstək

Rusiya Helikopter şirkəti ilə İranın PANHA şirkəti arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən Rusiya İran Silahlı Qüvvələrinin invertarında olan Mi-17 vertolyotlarının təmir və təchizatını aparacaq.

Bu barədə məlumat verən Rusiya Helikopter şirkətinin sədr müavini Aleksandr Şerbinin müqavilənin bu ilin oktyabrında imzalanmış memarandum çərçivəsində bağlandığını deyib.

Məlumat üçün bildirək ki, NATO-da Hip-H kod adıyla tanınan helikopterlərin istehsalına hələ Sovet dövründə başlanılıb. Mi-17-lər Mi-8 helikopterinin təkmil variantıdır. Etibarlılığı, geniş fəaliyyət qabiliyyəti və məkana tez uyğunlaşması baxımından dünyanın ən məşhur helikopteridir./axar/
971 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.18, 14:35
Başımıza gələn nazir
Go to TOP