Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2015

Azərbaycanda evlənənlərin sayı xeyli azalıb

Ötən ilin eyni dövrü ilə müqayisədə 2015-ci ilin 9 ayı ərzində Azərbaycanda qeydə alınan nikahların sayı 18 faiz azalıb.

Bu barədə Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin (VVAQ) rəisi Reyhanə Kərimova məlumat verib.

Xidmət rəisinin sözlərinə görə, 2014-cü ilin ilk 9 ayı ərzində 62509 nikah bağlanmışdısa, 2015-ci ilin müvafiq dövründə cəmi 51069 nikah aktı qeydə alınıb.

R.Kərimova onun səlahiyyətlərinə aid olmadığından ölkədə ailə quranların sayının azalması səbəbləri ilə bağlı hər hansı şərh verməyib./milliaz/
517 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP