Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2015

İnanclı kəsimə “agent” damğası yapışdırmaq əvəzinə….

Ölkəyə yapışan real təhlükələrlə mübarizə aparın

Hökumətimiz tənqidçilərinə qarşı qaralama kampaniyasını davam etdirir. Dünya dəyişir, qloballaşır, mütərəqqi ənənələr formalaşır, yeni ixtiralar meydana çıxır və s. Bizim hökumətimiz isə öz ampluasındadır. Dünya irəli getdikcə, bunlar sürətlə geriyə addımlayır. Hökumət mətbuatı, telekanallar da bu iyrənc kampaniyanın tərkib hissəsinə çevrilib və təmiz insanları ləkələməklə məşğuldular.

Uzun illərdi hökumət əlində olan resurslardan istifadə edərək müxalifət liderlərini, müxalif fəalları, tənqidçi jurnalistləri, prinsipial hüquq müdafiəçilərini gözdən salmağa, onlara qarşı qondarma ittihamlar “istehsal” etməyə girişib. Məhz bu şər-böhtanın nəticəsində də 100-ə yaxın vicdanlı insan həbs olunub. Hazırda bütün dünya bu insaları “vicdan məhbusu” kimi tanıyır. Keçirilən məhkəmə prosesləri sübut etdi ki, bu insanların həbsi siyasi sifarişdi və ən yüksək postda oturanların razılığı ilə baş verib. Yəni bu adamların günahkar olduğunu təsdiqləyən heç bir sübut, dəlil ortaya çıxmadı və aşkar qanunsuzluqla məhkəmələr ağır hökmlər çıxardı.

Son günlər isə hökumət komandası inanclı kəsimin üzərinə hücuma keçib. Hökumət mətbuatına baxanda sifarişin və tezislərin eyni mənbədən gəldiyini görmək mümkündür. Ölkənin problemləri başından aşır, ağır sosial-iqtisadi böhran qapıya dirənib. Bizim hökumətimiz isə inanclı şəxsləri qaralamağa, onları terror təşkilatları ilə əlaqələndirməyə, bu adamların ölkədə çevriliş etdiyini sübuta yetirməyə çalışırlar. Həqiqətən də bu materiallara nəzər salanda, insanda ikrah hissi yaranır. Məsələ burasındadır ki, palaz-palaz yazıların içində heç bir tutarlı arqument yoxdur. Məsələn, Tale Bağırzadəyə qarşı bütün ittihamlar bundan ibarətdir ki, Qumda təhsil alıb və Iranın agentidir.

Bu gün din xadimi kimi təqdim edilən və Qafqaz Müsəlmanları Idarəsində işləyənlərin çoxu Qumda təhsil alıb. Məsələyə bu məntiqlə yanaşsaq, bu hökumətin başında oturanların da əksəriyyəti Rusiyada təhsil alıb. Deməli, hökumətimiz Rusiyanın agentidir. Ölkə başçısı da Rusiyada təhsil alıb. Bu gün iri məmurların övladları Avropada, ABŞ-da təhsil alır. Belə çıxır ki, onlar da həmin ölkənin agentləridi?

Ümumiyyətlə, bu adam Iranın agentidirsə, dövlət əleyhinə iş aparırdısa, niyə tamam başqa ittihamlarla həbs edilmişdi? Niyə həbsdə olanda onun agent olduğu yada düşmürdü və rəsmi mətbuat təbliğatı bu istiqamətdə aparmırdı? Həmin vaxt Tale Bağırzadəni Zeynəb Xanlarovanın bağını yandırmaqda ittiham etdilər. Sonra bu ittiham ifşa olundu və narkotika ittihamı gündəmə gəldi. Görünür, hökumət həbsdən çıxandan sonra Tale Bağırzadənin “islah” olunacağını gözləyirmiş. Bunun əksi baş verəndə isə “Iran agenti” təbliğatı ortaya çıxdı.

Heç kimə sirr deyil ki, bütün bu ittihamların kökündə Tale Bağırzadənin hakimiyyət əleyhinə kəskin tənqidi çıxışları dayanır. O heç vaxt çıxışlarında Azərbaycan dövləti əleyhinə danışmayıb və hər hansı zorakılıq çağırışları da etməyib. Əksinə, dəfələrlə bildirib ki, hökumətin təxribatlarına uymayacaqlar və dinc mübarizə aparacaqlar.

Amma hökumət kölgəsindən də qorxduğu, tənqidçi cameənin genişlənməsindən narahat olduğu üçün qaralama kampaniyasını davam etdirir. Zatən bu hakimiyyətin şər-böhtandan başqa bacardığı heç nə yoxdur. Birdə ki, bu ölkədə Iranda təhsil almış digər ilahiyyatçılar da var. Onlar niyə telekanalların “ulduz”una çevrilmir? Ona görə ki, onlardan fərqli olaraq Tale Bağırzadə hakimiyyətin qanunsuz əməllərinə “salavat” gətirmir.

Istənilən halda inanclı kəsimə qarşı bu kütləvi qaralama kampaniyası ikrah hissi doğurur və hakimiyyətin nə qədər çürük arqumentlərlə silahlandığını göstərir.

Hər gün eşidirik ki, Azərbaycan vətəndaşı IŞID sıralarında, Suriyada döyüşür. Yaxud dəfələrlə gündəmə gəlib ki, ölkədə müəyyən dairələr var və gəncləri öz təbliğatları altına salıb məhv edirlər. Yaxşı olar ki, hökumət bu neqativ tendensiyaların qarşısını alsın. Ölkəni təhdid edən məsələlərə göz yumulur, amma ölkənin inanclı vətəndaşlarına qarşı çirkin iş aparılır./azadlıq/
862 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:32