Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2015

Səbailin yeni başçısı Eldar Əzizov Sumqayıt ənənələrilə işə başlayıb

Bakının Səbail rayonuna bir müddət öncə icra başçısı təyin edilmiş Eldar Əzizov Sumqayıtdan qalan ənənələrlə işə başlayıb

Eldar Əzizov devalvasiyanın manat üzərindəki qalibiyyətini nəzərə alaraq Nizami küçəsində yerləşən bir sıra restoran və obyektlərə yeni “şapkalar” müəyyənləşdirib.

Bundan başqa bir müddət bundan öncə Bakı Şəhər İcra Hakimiyyəti restoranların qanunsuz olaraq zəbt etdiyi ərazidəki çətirlərin, otaq və oturacaqların sökülməsi ilə bağlı verdiyi qərar hazırda tamamilə lazımsız bir kağız parçasına çevrilib. Düzdür, bu qərar sona qədər icra edilməsə də keçmiş başçı Asif Əsgərov “Mado”, “Namlı kabab”kimi restoranların zəbt etdiyi əraziləri paytaxt sakinlərinə geri qaytarmağa nail olmuşdu. Bir neçə gün sonra isə “Mado” ilə “Namlı kabab”restoranları əvvəlki kimi fəaliyyət göstərməyə davam etmişdilər.

Artıq şəhər sakinlərindən oğurlanaraq iş adamlarına satılan səkilərə daha bir neçə restoranı da sahib olub.

Qeyd edək ki, Səbailin icra başçısı Eldar Əzizov “ikinci Sumqayıt ssenarisini” həyata keçirməyə başlayıb. Bu ssenari üzrə iş adamlarından və obyektlərdən alınan aylıqlar artırılıb və eyni zamanda başçının əmri ilə Batamdar qəsəbəsində bir sıra evlərin söküntüsünə start verilib./azfakt/
557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:50