Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2015

"Sovetski" yenə çalxalandı: Sakinlərlə sökənlər arasında qalmaqal…

"Sovetski"də uzun müddətdir ki, müşahidə olunan sakitlik yenidən pozulub. Mirzə Fətəli Axundov küçəsində söküntü işləri aparanlarla sakinlər arasında mübahisə yaşanıb.

Ev sahibi Ruslan Ağayev söküntü aparılan zaman iş icraçılarına etirazını bildirib. Bu zaman söküntüyə nəzarət edən icraçılar ilə ev sahibi arasında mübahisə yaranıb.

Musavat.com-un müxbiri “Sovetski”yə baş çəkərək, sakinlərin etirazlarını və oradakı vəziyyəti işıqlandırıb.

Problemini musavat.com-un kamerasına danışan "Sovetski" sakini Ruslan Ağayev söküntü aparan fəhlələrin evinin damını yararsız hala saldığını dedi: "Söküntü aparılan evlərin bünövrəsi və tavanı yaşadığımız binaya bitişik olduğundan qonşuluqdakı evləri sökəndə bizim evlərə də zərər dəyir. Söküntüdən mənzillərdə çatlar əmələ gəlir. Hətta uçmaq təhlükəsi belə yaranır. Lakin söküntü işləri aparanlar bunları nəzərə almır. Necə gəldi, söküntünü aparırlar. Bizim bina ilə qonşu evlər arasında divar var. Bu gün ekskvator ilə gəlib, həmin divarı uçurmaq istədilər. Onlara bildirdim ki, texnika ilə söksəniz, evim uça bilər. Buna baxmayaraq, öz bildiklərini etmək istədilər. Bu zaman divarın üstünə çıxdım və ekskvatorun qarşısında dayandım. Bunu görüb, hələlik söküntünü dayandırdılar. İndi uyğun vaxt gözləyirlər ki, gəlib söksünlər. Neçə gündür ki, bu səbəbdən işimə gedə bilmirəm. Söküntü aparanlarla "gizlən-qaç" oynayıram. Bu, nə vaxta kmi davam edəcək?"

 

Sakinlərdən Şaiq Abdullayev isə mənzillərin sahəsi hesablanarkən otaqların kvadratmetrinin düzgün ölçülməməsindən narazıdır: "Mənzilim cəmi 12 kvadratmetr idi. Qərar var idi ki, az kvadratlı məznili olanlara ev verəcəklər. Qanunla mənə ev düşürdü. Lakin ev verməmək üçün ölçünü artıq yazdılar. Elə ölçü apardılar ki, mənə ev düşmədi. Evimi 27 kvadratmetr hesab etdilər və 43 min manat verdilər. Ailəmiz böyük olduğundan həmin pulla ev almaq mümkün olmadı. Banklara borclarımız olduğundan əlimizdə cəmi 28 min manat pul qaldı. Həmin pula isə heç yerdə ev tikmək mümkün deyil".

 

 

720 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49