Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2015

İŞİD-in əlindən xilas olan uşaqdan dəhşətli etiraflar

Nur-az.com alalam.ir-a istinadən:
“Əl-Həyat” London nəşri bu yaxınlarda İŞİD-in əlindən canını xilas edə bilən 11 yaşlı yezidi etnosuna mənsub Neysanın dilindən terrorist qrupların əlində olan 700-ə yaxın yeniyetmə uşaqların acınacaqlı vəziyyəti haqda məlumat yayıb. Neysanın dediyinə görə, onun azadlığı üçün 10 min dollar pul xərc edilib və 15 min dollar verilərək azad edilən iki uşaqlı bir qadınla Riqqə şəhərindəki Faruq düşərgəsindən Türkiyəyə ötürülərək yenidən öz ölkəsi İraqa qayıda bilib. Xəbərdə uşağın ruhi-psixi vəziyyətinin normal olmadığı göstərilir. Uşaqlar hərbi düşərgələrdə müxtəlif qəddarlıqlara cəlb edilir, intihar əməliyyatlarına hazırlaşdırılır və hətta edam əməliyyatlarında yaxından iştirak edilirlər. Neysanla bərabər 13 yaşlı Rağib və 11 yaşlı Qiyadın da, vəziyyəti eyni görünür. Şəbəkələrdə yayılan məlumatlarda Qiyadın İŞİD-in qəddar komandirlərindən Əbu Abdullah əl-Cəzravinin kənarında şəkili vardır, yaxud böyük qardaşı Qiyadın bu ilin avqustunda yayılan videolentdə başqa bir İŞİD komandirlərindən birinin kənarında olduğu məlum olub. Sonralar Qiyad, demək olar, düşərgələr üzrə İŞİD-in azyaşlılar arasında ən fəal əsgərlərindən birinə çevrilib. Bu uşaqların çoxu 2014-cü ilin avqust ayında Sincarın işğalı zamanı 5800 yezidi kürd sakinləri ilə əsir düşdüyü zaman ələ keçib. Yaxud azad edilən 8 yaşlı Qiyasın sinir sistemi, demək olar, tamamilə pozulub və anasının dediyinə görə, hər xırda hadisəyə kəskin reaksiya verərək özündən kobud rəftarlar büruzə verir, qəzəbləndiyi zaman hətta yezidi kürdlərini kafir adlandırır. 2014-cü ilin avqustunda İraqın Sincar məntəqəsinin qəsəbə və kəndlərinə İŞİD-in təcavüzü zamanı hədsiz cinayətlər törədilib, çoxlu sayda insan qırılıb, 5838 nəfər əsir düşüb, yol boyu kənarlarında 1280-a yaxın insanın çoxlu sayda qəbirlərdə kütləvi dəfni qeydə alınıb. Qiyas o günləri belə xatırlayır: “O gün (3 avqust) minlərlə yezidi kürdü – qadın, kişi, qoca, uşaq ayaqyalın küçə və yollara tökülərək Sincarın dağlarına doğru üz tutmuşdu, bəziləri yaşlı və ya uşaqları çiyinlərinə almışdı, sanki qiyamət günü idi!”
Hadisəni yaxından müşahidə edənlərin ifadələrinə, o cümlədən, rəsmi məlumatlara əsasən, avqustun 3-nə keçən gecə məntəqə üzrə kürd ön cəbhə batalyonları qəfildən öz mövqelərini tərk etmiş və beləliklə, İŞİD-in məntəqəyə təcavüzünə tam şərait yaranmışdır. Bu azğınlar da, məntəqəyə soxularaq bacardıqlarını qırıb çatmış, qalanlarını isə əsir tutmuş, həmçinin 200 mindən çox əhalini Səncarın dağlarında 8 gün mühasirədə saxlamışlar. Həmin müddət ərzində əhalidən yüzlərcə insan ağır vəziyyətdən, aclıq və susuzluqdan canlarını itirmişdir. Nəhayət, Suriya kürd qüvvələri onları mühasirədən çıxararaq İraqın Kürdüstan vilayətinə yola salmışlar. Əsirlikdən azad edilən uşaqların əksərinin ruhi vəziyyəti eynidir, çoxları da ki, valideynləri ilə bərabər acınacaqlı vəziyyətdə İŞİD-in ixtiyarında olan ərazilərdə qul kimi alver edilirlər...
648 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:19