Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2015

Bakıda dəhşətli hadisə - Orta məktəb şagirdi güllələndi

Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki orta məktəbdə dəhşətli hadisə baş verib.

Qəsəbədə yerləşən 106 saylı orta məktəbin 7c sinfində dərs zamanı şagird sinif yoldaşını sinəsindən güllələyib.

Qafqazinfo xəbər verir ki, əmək təlimi dərsi zamanı müəllim, Bakı sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan “Kral Air Rfle” markalı pnevmatik tüfəngdən istifadə zamanı şagird 2003-cü il təvəllüdlü Hacı Əliyev ehtiyatsızlıqdan atəş açaraq sinif yoldaşı olan həmyaşıdı Murad Nurzadəni sinəsindən güllələyib.

Yaralı M.Nurzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

106 saylı məktəbin direktoru Təranə Qasımova isə açıqlamasında bildirib ki, müəllim həmin silahı özü üçün alıbmış: “Bir müddət öncə o silahı başqa bir adama satıb. Həmin adam da biraz özündə saxlayandan sonra istəməyib, gətirib məktəbdə müəllimə qaytarıb. Hidayət müəllim də Qobu qəsəbəsində yaşadığı üçün silahı sinifdə qoyub ki, gedəndə evə aparsın. Uşaqların da gözünə sataşıb, fikirləşiblər nəsə bir şeydir. Əllərində baxanda qəfildən silah açılıb. O, odlu silah olmayıb, sancaq tipli patron olub. Mən qətiyyən müəllimin tərəfini saxlamıram, amma bir bədbəxt hadisədir, olub. Hazırda Hidayət müəllim də, şagird Murad da dərsdədirlər".
822 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı