Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2013

Putin miqrantlarla bağlı sərt danışıb

Rusiya prezidenti Vladimir Putin, miqrasiya qanunvericiliyini pozan əcnəbilərin ölkəyə girişinə qarşı nəzarət tədbirlərinin gücləndiriləcəyini söyləyib.

Ans-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, V.Putin Federasiya Şurasının iclasında çıxışı zamanı, əcəbilərin qadağanın müddətinin 3 ildən 10 ilə qədər olmasını təklif edib.

O, həm də ölkədə olan xarici miqrantların vəziyyətini də başa düşdüyünü deyib və "Əmək Miqrasiyası haqqında" qanununun yenidən işlənəcəyini vurğulayıb: "Dövlət bilməlidir ki, əcnəbi miqrant ölkəyə niyə və hansı müddətə gəlir".

Rusiya prezidenti qeyd edib ki, təhsil və səhiyyə sistemlərindən yararlanan əcnəbilər də öhdəliklərə uyğun olaraq vergi ödəməlidir. O, əlavə edib ki, miqrantların əməyindən istifadə edilməmişdən əvvəl işə götürənlər də öz məsuliyyətini artırmalıdır.
1724 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
14.08.17, 09:59