Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2015

İraqın Mosul əyalətində genişmiqyaslı hərbi əməliyyat başlayıb

İraqın Mosul əyalətinin Sincar (Şengal) rayonunun terrorçu İŞİD qruplaşmasından azad edilməsi üçün genişmiqyaslı hərbi əməliyyat başlayıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, havadan İraqdakı koalisya qüüvələrinin dəstəkləyəcəyi əməliyyatda İraqın şimalındakı kürd muxtariyyətinin silahlı dəstələrinin 7 500 döyüşçüsü iştirak edir.
Sincarla yanaşı Telafer şəhərinin də terrorçulardan təmizlənməsi üçün havadan bombalanacağı gözlənilir.

Mosulun mərkəzindən 120 km qərbdə yerləşən Sincar rayonunu 2014-cü il avqustun 3-də İŞİD ələ keçirib. Bundan sonra minlərlə sakin qaçqın düşüb. Keçirilən əməliyyat nəticəsində Sincar dağı terrorçulardan təmizlənsə də, rayon mərkəzi hələ də İŞİD-in nəzarəti altındadır.
584 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:12