Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2015

Arif Yunus: “Qohumlarım məni satdı”

Yaxın qohumlarım məni satdı. Onlar həbsdə olduğum müddətdə mənim üçün heç yemək də gətirmirdilər. Yeməyi gətirən Azad İsazadə isə heç mənim qohumum da deyil.

Report-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında bu gün məhkəmə qərarı ilə ev dustaqlığına buraxılan Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus deyib.

"Çox istərdim ki, Leyla da yaxın vaxtlarda azadlığa çıxsın", - o əlavə edib.

Bu gün Bakı Apellyasiya Məhkəməsi A.Yunus barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərar verib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Arif Yunus 7 il, onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
701 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib