Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2015

İraqın Sincar şəhəri azad edildi

İraqın kürd muxtariyyətinə aid peşmərgə ordusu koalisiya qüvvələrinin də texniki və havadan dəstəyi ilə Mosulun Sincar rayonunu İŞİD terror təşkilatından təmizləyib.

İraqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzaninin əmri ilə başlanan əməliyyat bu gün başa çatıb. Peşmərgə ordusu “Sincarı İŞİD-in əlindən xilas etdik”, - deyərək zəfər elan edib.

Peşmərgə ordusunun verdiyi məlumata görə, ordu qüvvələri 3 qoldan rayon mərkəzinə girib və icra hakimiyyətinin binasını ələ keçirib. Mosulun xilas edilməsi ilə İŞİD-in "paytaxt" elan etdiyi Rakkaya gedən strateji əhəmiyyətli şose də peşmərgənin nəzarətinə keçib. Əməliyyatda təxminən 100 İŞİD yaraqlısının öldürüldüyü bildirilib.

Xatırladaq ki, İraqın kürd muxtariyyətinə aid peşmərgə ordusu dünən səhər təxminən 10 min əsgərlə Mosulun Sincar rayonunu İŞİD terror təşkilatından təmizləmək üçün əməliyyata başlamışdı.
565 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı