Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2015

Bu buzlağın əriməsi dünyanı su altında qoya bilər

Qrenlandiyada Zachariae Isstrom buzlaqının bir hissəsinin qopması alimlər arasında təşvişə səbəb olub.

Atmosferin temperaturunun artması və isti cərəyanlar üzündən dənizə düşən nəhəng buzlaq parçası əriməyə başlayıb. Buzlaqdan dünya okeanına 5 milyard ton su əlavə edəcək yeni-yeni aysberqlər yaranır. Bu aysberqlərin əriməsi nəticəsində dünya okeanının səviyyəsi 50 sm qalxa bilər.

Qrenlandiyanın digər regionlarında da nəhəng buzların əriməsi müşahidə olunur. Əgər Qrenlandiya üzərindəki buz qatı tamamilə ərisə, dünya okeanının səviyyəsi 6 metr qalxa bilər.
489 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP