Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2013

Lerikin 43 kəndi işıqsız qalıb

“Dünən axşamdan başlayaraq Lerikə 35-50 sm qar yağıb. Qarın yağması müəyyən narahatlıqlara səbəb olub”. Bunları Deyerler.Org-a rayonun Fövqəlada Hallar Komissiyasının (FHN) sədri Habil Məlikov bildirib.

O qeyd edib ki, hal-hazırda Lerikin 43 kəndində işıq yoxdur. “Güclü qar işıq xətlərində müəyyən problemlərə yol açıb. Elektrik enerjisinin bərpası üçün tərəfimizdən işlər aparılır. Rayon mərkəzində də yox idi, amma bir az öncə bərpa olunub. Amma kəndlərdə hələ ki, işıq problemi qalmaqdadır. Günün ikinci yarısında işıq olmayan kəndlərin işıqla təmin olunmasına çalışacağıq”.
1817 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
28.06.17, 21:52
ABŞ odla oynayır - İran
28.06.17, 10:59
Ramazandan sonra
26.06.17, 09:59
"Danışmaq yasaqdır"
25.06.17, 16:11