Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2015

Suriya ordusu 1 ayda 341 kvadrat kilometr ərazini azad edib

Suriya ordusu Hələbin cənubunda Rusiya döyüş təyyarələrinin havadan dəstəyi ilə strateji Asi qəsəbəsini azad edib.

Hökumət qüvvələri Nüsrə Cəbhəsi və Əhrar-uş Şamın daxil olduğu Fəth Ordusunun əlindəki İdlip şəhərinə 10 kilometr yaxınlaşıb.

Digər tərəfdən ordu qüvvələri Hələbdə də əməliyyat keçirib. Nəticədə Kuveyres hərbi bazası yaxınlığında yerləşən Termal bölgəsi terrorçulardan təmizlənib.

Xatırladaq ki, ordu qüvvələri son 1 ayda 341 kvadrat kilometr ərazini terrorçulardan geri alıb.
506 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:07