Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2015

Maaşlarını ala bilməyən müəllimlər aksiya keçirdi

Keçən gün Biləsuvar rayonunun Aşağı Cürəli kənd orta məktəbinin müəllimləri birinci dərsə girməkdən imtina edərək xəbərdarlıq tətili keçiriblər.

Onlar Biləsuvar Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Balaqardaş Kazımovun məktəbə gəlməsini tələb ediblər.

Məktəbin müəllimi Yusif Mehdinin verdiyi məlumata görə, müəllimlər əmək haqlarını ala bilmədiklərindən 3-4 gün əvvəl də xəbərdarlıq aksiyası keçiriblər.

“O zaman Biləsuvar RTŞ-nin müdiri məktəb direktoruna söz verdi ki, müəllimlərin əmək haqları noyabrın 12-də veriləcək. Amma verilən vədə əməl olunmayıb” – deyə Yusif Mehdi bildirib.

Xatırladaq ki, bu gün Cəlilabadda da oxşar problemin olması haqda yazılıb. Bu rayonun müəllimləri də sentyabr ayından bəri maaş ala bilmirlər./virtualaz/
520 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
19.01.17, 22:46
Moskvada atışm