Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2015

​Salyanda qadın vəkilin evinə basqın olub

Salyanda maskalı şəxslər oğurluq məqsədi ilə evlərdən birinə basqın ediblər.
"Report" xəbər verir ki, hadisə gecə saatlarında rayonun Arbatan kəndində qeydə alınıb.
Naməlum şəxslər kənd sakini, Salyanda vəkil kimi fəaliyyət göstərən Sevda Sultanovanın evinə soxulublar. Ev sahiblərinin bundan xəbər tutduqlarını görən naməlum şəxslər, burada qonaq olan Lerik rayonunun Bürsülüm kənd sakini, 1993-cü il təvəllüdlü Rabil Ağadadaş oğlu Ağayevə baş və gicgah nahiyəsindən xəsarət yetirərək hadisə yerindən qaçıblar.
Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.
414 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15