Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2015

Sincarda qadınların kütləvi məzarlığı tapıldı

İraq kürd muxtariyyətinin nümayəndələri Sincar bölgəsində yezidi qadınlarının kütləvi şəkildə basdırıldığı məzarlıq aşkar ediblər.

Kütləvi məzarlıqda 40-80 yaş arası 78 qadın cəsədi tapılıb.

Qeyd edək ki, yezidi kürdlərinin yaşayış yeri olan Sincar dağı və eyniadlı qəsəbəsi 2014-cü ilin iyununda İŞİD döyüşçüləri tərəfindən işğal edilib.

Həmin vaxt 5 mindən çox sakin öldürülmüş, minlərlə qadın və qız əsir alınmışdı.

Ötən həftə isə peşmərgə döyüşçüləri koalisiya qüvvələrinin dəstəyi ilə sözügedən bölgəni İŞİD-dən geri almışdı./axar/
498 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.01.17, 09:04
Londonda partlayış
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
20.01.17, 10:14