Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2015

Parisdə terror aktlarını üç qrup terrorçu törədib

Parisin müxtəlif məhəllələrində terror aktları üç qrup terrorçu tərəfindən törədilib. “TASS”ın verdiyi xəbərə görə, bunu Parisin prokuroru Fransua Molens deyib.

Onun sözlərinə görə, əməliyyatlar nəticəsində yeddi terrorçu məhv edilib.

Molens həmçinin bildirib ki, “Bataklan” teatrına hücum edən terrorçular Suriya və İraqla bağlı şüarlar səsləndirib.

Bundan başqa, terrorçulardan birinin şəxsiyyəti müəyyənləşdirilib: “Barmaq izləri terrorçulardan birinin kimliyini müəyyən etməyə imkan verib. O Fransa xüsusi xidmət orqanlarının bazasında qeydiyyatda olub”.

Paris prokuroru rəsmi olaraq hadisə yerində Suriya pasportunun aşkarlanması barədə məlumatı təsdiqləyib.

İstintaq noyabrın 13-də hadisələrin ardıcıllığını müəyyənləşdirə bilib:

Axşam saat 21.20-də (yerli vaxt qeyd olunub, Bakı vaxtı ilə 00.20) Fransa-Almaniya yığmalarının yoldaşlıq matçının keçirildiyi “Stade de France” stadionunun (gələn ilin iyununda bu stadionda Avropa Çempionatının açılış və final oyunları keçirilməsi planlaşdırılır) yaxınlığında birinci partlayış baş verib. “Hadisə yerində iki cəsəd aşkarlanıb. Ölənlərdən biri kamikadze terrorçu, digəri isə yoldan keçən vətəndaşdır”, deyə prokuror bildirib.
Saat 21.25-də Parisin 10-cu dairəsindəki Aliber küçəsində yerləşən “Kiçik Kambodja” restoranı qarşısında intensiv atəş açılıb. Nəticədə 15 nəfər hadisə yerində ölüb, 10 nəfər yaralanıb: “Şahidlərin ifadələrinə əsasən, terrorçular “Seat” markalı avtomobildə hərəkət edib”.

Saat 21.30-da “Stade de France” stadionu qarşısında ikinci partlayış baş verib. Partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

Saat 21.32-də Parisin 11-ci dairəsindəki Fonteon-o-Rua küçəsində növbəti atışma olub. Beş nəfər ölüb, 8 nəfər yaralanıb: “Terrorçular bura da qara rəngli “Seat” markalı avtomobildə hərəkət edib”. 21.36-da həmin məhəllənin Şaron küçəsində “Seat” markalı avtomobildə hərəkət edən terrorçuların açdığı atəş nəticəsində 19 nəfər öldürülüb, 9 nəfər yaralanıb.

Saat 21.40-da Volter bulvarında partlayış törədilib. Terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində bir nəfər ağır yaralanıb, bir neçə adam müxtəlif xəsarətlər alıb.

Həmin vaxt, 21.40-da “Polo” markalı avtomobildə hərəkət edən 3 silahlı terrorçu Parisin 11-ci dairəsində yerləşən “Bataklan” konsert zalına daxil olaraq atəş açıb. Terrorçular Suriya və İraqla bağlı şüarlar səsləndirib.

Terrorçulardan biri polislər tərəfindən qətlə yetirib. Digər ikisi isə üzərilərində olan partlayıcı qurğunu işə salaraq intihar ediblər. Terrorçular burada girov götürdükləri vətəndaşlardan 89-nu qətlə yetiriblər.

21.53-də “Stade de France” stadionu yaxınlığında daha bir terrorçu kamikadze partlayış törədib.

“Bütün atışmalarda “Kalaşnikov” avtomatının müxtəlif modifikasiyalı istifadə edilib. Müstəntiqlər yüzlərlə 7,62 mm-lik giliz aşkarlayıb. Kamikadzelərin üzərindəki partlayıcı qurğu kəmərləri oxşar konstruksiyalı olub və insanlar arasında çoxlu sayta qurbanlara nail olmaq məqsədi ilə dəmir parçaları ilə doldurulub”, deyə Molens qeyd edib.

“Hücumlar nəticəsində ölənlərin sayı, ümumilikdə, 129 nəfərə çatıb, 352 nəfər yaralanıb, onlardan 99 nəfəri vəziyyəti kritikdir”, deyə prokuror qeyd edib./apa/
441 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı