Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhd edən şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib
Bakıda intihar məqsədi ilə özünü dənizə atan şəxs xilas edilib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Milli Parkın ərazisində 20-25 yaşlarında kişini dənizdən çıxarıblar. Koma vəziyyətində olan həmin şəxs 4 saylı Şəhər Xəstəxanasına yerləşdirib.

Faktla bağlı araşdırma aparılır.

FHN-in bununla bağlı yaydığı məlumatda isə bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə 13 dekabr tarixində, saat 02:01-də daxil olmuş məlumata əsasən, Bakı şəhəri Dənizkənarı Milli Parkda, nəzarətsiz ərazidə bir nəfər intihar məqsədilə özünü dənizə atıb. Dərhal “Bakı mərkəz” sularda xilasetmə məntəqəsinin 4 nəfər xilasedicisi, 1 ədəd xilasetmə qayığı və xüsusi avadanlıqlarla hadisə yerinə çıxıb, vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 02:20-də başa çatıb.
1566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber