Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2015

İŞİD-in kökü haradan qaynaqlanır?

Məlum faktlar üzrə İŞİD-in təməli qoyulduğu andan etibarən daim Vaşinqton tərəfindən birbaşa və ya dolayısı yolla himayə edilib. Odur ki, İraqın əl-Rəmadi şəhərinin Amerika qüvvələrinin gözü önündə İŞİD tərəfindən heç bir müqavimətsiz işğalı diqqətəlayiq məsələdir. Belə ki, bir müddət əvvəl İraq dövlət qoşunlarının əsas qüvvələrini Mosul və Kərkükün azadlığına yönəltdiyi zaman əl-Rəmadi şəhərinin qəfildən terroristlərin əlinə keçməyi bütün əməliyyatları təxirə salmağa vadar etdi. Çünki qeyd edilən həmin iki şəhərin azad edilməsilə Amerika başda olmaqla bəzi region ölkələrinin İraqı parçalama planı tamamilə alt-üst olacaqdı. Bu onların İraq qoşunlarını hələlik terrorizmin mərkəzindən uzaqlaşdırıb, əl-Rəmadiyə yönəldərək sürətini ləngitmək qəsdi ilə həyata keçib. Hadisələrin gedişatı göstərir ki, Amerika, bir növ xaç atası kimi, uzaq və yaxından məntəqədə becərdiyi terrorizmin keşiyini çəkir. Çünki Vaşinqton heç vaxt bəzi dövlət rəsmilərinin terrorist qrupları ilə müəyyən rabitələrini inkar etməyib. Məsələn, 2014-ün oktyabrında Amerika prezidentinin müavini daxildə onlarla müttəfiq olan bəzi rəsmilərə öz etirazını bildirib. Baydenin bəyanatı göstərir ki, Amerika üstüörtülü şəkildə də olsa, İŞİD-lə müəyyən rabitələrə malikdir və bunun kökləri daha dərin keçmişə qayıdır. Nyu-york Tayms 2011-ci ilin 14 may nəşrindəki sayında dərc edib ki, Amerikanın “Blak Vater” hərbi bazası ərəb region ölkələrindən biri ilə 529 milyon dollar məbləğində kontrakt imzalayaraq bunun müqabilində həmin ölkə üçün xarici muzdurlardan ibarət qoşun təşkil edəcəyini öhdəsinə alıb. Halbuki bu hərbi korporasiya Əfqanıstan, Pakistan və İraqda dinc əhalinin qırılması ilə əlaqədar törətdiyi cinayətlərə dair bir çox qanunsuzluqlarda ittiham olunurdu. Demək, bu müqaviləyə əsasən, Blak Vater 2008-ci ildən etibarən Latın Amerikasından, cənubi Afrikadan və Somalidən muzdur toplayaraq həmin ölkənin daxilində səkkiz min əsgəri olan gizli ordu hazırlamaqla məşğul idi. Odur ki, korporasiyanın baş rəisi Erik Pransdan tutmuş bir çox müavinlərinin həmin ərəb ölkəsində sakin olması əsassız deyildi. Məlumatda bildirilir ki, bu orduya Amerika, İngiltərə, Almaniya və Fransa kimi ölkələrin təqaüdə çıxan ixtisaslı və təcrübəli zabitləri tərəfindən təlim verilirmiş. Çox güman ki, Nyu-york Tayms o zaman bu məsələni adi bir xəbər olaraq deyil, bəzi region ölkələrinin marağını cəlb etmək qəsdilə mühüm informasiya kimi elan edib. Hal-hazırda regionda xərçəng xəstəliyi kimi yayılan bu qrupların ardında Amerikanın xaç atası kimi üstüörtülü rolunu izləyərək hansı məqsəd güddüyünü proqnozlaşdırmaq bəzən çətin görünmür.


Nur-az.com/shia-news
707 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 09:22