Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2015

Kadırov öldürülən çeçen İŞİD-çilərin sayını açıqladı

İŞİD terror qruplaşmasına Çeçenistan Respublikasından təxminən 500 nəfər qoşulub.

“RİA-Novosti” agentliyi xəbər verir ki, bu barədə Çeçenistan Respublikasın prezidenti Ramzan Kadırov Suriyanın Milli Barışıq Komitəsinin üzvləri ilə görüşdə bildirib.

Kadırov onlardan təxminən 200-ün məhv edildiyini, 47 nəfəri isə respublikaya qaytara bildiklərini deyib.

“Əgər bizim din adamlarımız məqsədyönlü ideoloji iş aparmasaydı, yalnız çeçenlər deyil, Şimali Qafqazın digər regionlardan da terrorçulaarın tərəfində vuruşanların sayı minlərlə olardı”, - Kadırov qeyd edib.

Onun fikrincə, terrorizm üzərində qələbə üçün Suriya xalqını birləşdirmək lazımdır: “Bu gün Qərb ölkələri, Avropa və ərəb ölkələri terrorçuları maliyyələşdirirlər. Onlar Suriyanın ayağa qalxmasında maraqlı deyillər. Onların öz maraqları var”./publika/
491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00