Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2015

İŞİD bir daha Fransanı təhdid edib! - Video

Nur-az.com alalam.ir-a istinadən:
İŞİD yeni yaydığı videolentdə Fransanı hədələyərək bildirib ki, onların bombardmanları mövqelərimizi nişan aldığı surətdə bu ölkə asayiş üzünü görməyəcək. Filmdə İŞİD ünsürləri onlara qoşula bilməyən fransız üzvlərinə tapşırıq verirlər ki, ölkədə qalıb, lazım olan əməliyyatları elə orada həyata keçirsinlər. Hətta onlardan biri ölkənin su və azuqə məhsullarını zəhərləməyi belə məsləhət görür. Video materialda İŞİD-in fransız üzvlərinin öz pasportlarını yandırdıqları da, müşahidə olunur.
Qeyd edilməlidir ki, İŞİD əslində Amerika və İsrailin kəşfiyyat və gizli orqanlarının becərdiyi vəhabi təfəkkürlü cərəyandır. Hətta onun başçısı Əbu Bəkr əl-Bağdadi Amerikanın İraqı işğalı zamanı “Buka” həbsxanasında onların məhbusu idi. Demək olar, dünyanın əksər ölkələrindən bu azğın cərəyana qoşulan terrorist ünsürlər həmin gizli kəşfiyyat orqanlarının vasitəsilə buna nail olurlar. İndi isə onların öz ölkələrinə sarı dönməyi daxildə böyük problemlər törədir.


713 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat