Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2015

Niyə Qətər və ya İsrailə təzyiq göstərmirik?

Fransa fəlsəfə elmləri doktoru Mişel Onfri bildirib ki, niyə xalqların öz daxili siyasi məsələlərini həll etməyə hüququ yoxdur?!… Niyə bu gün terrorizm bizim üçün böyük problemə çevrilib? Heç də, müsəlmanları axmaq hesab etməməliyik. Sözüm odur ki, biz hal-hazırda əksər müsəlman ölkələrində, məsələn, Əfqanıstanda müharibə aparırıq. Yaxud Maliyə müdaxilə etməklə onlardan asayişi almışıq, orada vuruşuruq, yüzlərlə insanı qırırıq, sonra da, istəyimiz budur ki, onlar humanizmə riayət etsinlər! Bu hallar qətiyyən müsbət qarşılana bilməz və onların hüquqlarını pozmaqdır.
Dokor Mişelin “Biz istədiyimiz vaxt sekulyar təfəkkür tərzi əsasında İslamı bəhanə edərək onlarla döyüşərək” – fikrinə “daha doğrusu, İslam təhlükəsini hiss edərək” – deyib, qarışan aparıcının nəzərinə əhəmiyyət vermədən o, sözünə davam edərək qeyd edib ki, “siyasi baxımdan hər hansı qanun çərçivəmizi onlara tətbiq etməyə haqqımız yoxdur.”
O, deyib ki, niyə biz bu qanunları Qəddafiyə və ya Maliyə tətbiq edir, amma Pakistanı, Qətəri, Kubanı və ya Çini müstəsna bilirik?! Əgər insan hüquqları bizə əhəmiyyət daşıyırsa, niyə bunu yalnız Maliyə aid edir, amma onu pozanları isə gözdən qaçırırıq?! Mən mötəqidəm ki, belə ikibaşlı siyasət qarşısında Malinin tutduğu mövqe təbiidir. Onlar öz ölkəsinin sahibidirlər və bizim öz qanunlarımızı onun kimi müsəlman ölkələrinə yeritməyə haqqımız yoxdur. Qoyun, müsəlmanlar öz qanun çərçivələrində ölkələrini idarə eləsinlər. Bəs, niyə heç vaxt İsrailə qarşı bir müdaxilə olunmur, niyə?! Artıq indiki dövrdə insan hüquqları adı altında müstəmləkə siyasətimizdən əl götürməliyik. Əminəm ki, prezident Olandı da, Maliyə müdaxiləyə vadar edən insan hüquqlarının müdafiəsi deyildir.

Nur-az.com/alalam
455 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı