Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2015

"Prezidentlərin görüşündən sonra ABŞ-Rusiya münasibətlərində dönüş yoxdur"

"ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasındakı görüşdən sonra iki ölkənin münasibətlərində dönüş yoxdur".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"20 dəqiqəlik görüşün ikitərəfli münasibətlərdə dönüş yaradacağını gözləmək reallıqdan uzaqdır. Ancaq doğrudan da danışıq çox konstruktiv xarakterli olub", - D.Peskov vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Antalya şəhərində keçirilən "Böyük-20"liyin ("G-20") zirvə toplantısı çərçivəsində Barak Obama ilə Vladimir Putin arasında görüş keçirilib.
466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11