Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2015

17 noyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 17-də bəzi yerlərdə yağış yağacağı, gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir güclənən cənub-qərb küləyinin günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 12-15, Bakıda gecə 8-10, gündüz 13-15 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 17-də bəzi yerlərdə duman olacağı, yağış yağacağı, Lənkəran-Astara zonasında intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
Xəbərdarlıq
Noyabrın 17-18-də ayrı-ayrı yerlərdə qərb küləyinin güclənəcəyi, bəzi yerlərdə yağış yağacağı və intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.
494 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı