Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

İlk qar Bakını iflic etdi

Yollar keçilməz oldu, nəqliyyatın iş qrafiki pozuldu, sürücülər və sərnişinlər narazılıq edirlər
Bakıda kəskin hava şəraiti nəqliyyatın hərəkətini iflic etdi, küçələrdə keçilməz vəziyyət yaratdı. Qəzalar, xəsarət alanlar oldu. Sərnişinlər ictimai nəqliyyatın hərəkətində geçikmələrə görə narazılıqlarını ifadə edirdilər. Sürücülər isə ləngiməyə səbəb kimi sərnişinlərn təhlükəsizlik ünvana çatdırmaq tapşırığının olduğunu bildirdilər. 

Müşahidələr apardığımız Yasamalın Şərifzadə küçəsi və “20 yanvar” dairəsində uzun surən tıxaclar yaranmışdı.

Taksi sürcüləri sərnişinlərin azlığından şikayət edirdilər. Sürücülər bildirir ki, hava şəraiti şaxtalı olanda insanlar daha çox metroya üstünlük verirlər. Hətta şəxsi avtomobilləri olan bəzi adamlar da metrodan istifadə edirlər. 
“Havalar şaxtalı olanda polis vətəndaşlara çağırış edir ki, mümkün qədər nəqliyyatdan istifadə etməsinlər. Nəqliyyatdan istifadə etmək məcburiyyətinə qalanlar metrodan istifadə edirlər”, deyə sürücü bildirdi. 
Söhbət etdiyimiz avtobus sürücüləri də hava şəraitinəgörə sərnişin azlığının olduğunu bildirdilər. “Bu dəfə də adət pozulmayıb, sərnişin azlığı var. Bizə deyirlər ki, həm nəqliyyatı sürətlə idarə etməyin, həm də planı həmişə kimi ver. Bir qazanda iki öküzün başı qaynamaz axı. Bizə də lazım deyil, nəqliyyatı yüksək sürətlə idarə edib özümüzü və başqalarını təlükəyə atmaq. Amma planı aşağı salmaq gərəkdir axı. İnanın ki, şəhər daxili işləyən avtobusların yaratdığı qəzaların səbəbi plandır. Sürücü planı verməyə məcbur edilir. Sürücü həm planı verməlidir, həm də evdə yolunu gözləyən adamlara çörək pulu aparmalıdır. Buna iki daşın arasında qalmaq deyərlər, danışdıqca tüstüm təpəmdən çıxır. Şaxtalı hava şəraitində plan aşağı salınmalıdır, çünki sərnişin azlığı var. Belə havada sərnişinlər metronun getmədiyi yerə avtobusla gedirlər. Həm vaxtlarına qənaət edirlər, həm də həyatlarını təhlükədən qoruyurlar”, deyə Adil adlı sürücü bildirdi.
Bakı Şəhərlərarası və Beynəlxalq Avtovağzalında avtobus azlığı və geçikmələr səbəbindən sərnişinlər soyuq havada gözləməli olurdular. Hava şəraitinəgörə yolda qalan avtomobillər də oldu. Onlardan bir neçəsinin vəziyyətini fotoparatın yaddaşına köçürə bildik. 
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin məlumat verir ki, dünən saat 14:00-a olan məlumata görə, gün ərzində paytaxt yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib. Baş vermiş hadisələrin hamısı maddi ziyan dəyməsi ilə nəticələnib, ölən və xəsarət alan olmayıb.
«Hər halda avtomobil sahibləri və sürücülərindən xahiş edir və bildiririk ki, belə hava şəraitində bacardıqca şəxsi avtomobillərdən yox, ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilsin və avtomobillərdə faizlə rezin məmulatının üstünlük təşkil etdiyi təkərlərdən istifadə edilsin. deyə məlumatda bildirilir./bizimyol/
1374 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP