Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2015

Terror aktları qurbanlarının sayı 80 faiz artıb - Dünyada

2014-cü ildə terror aktları qurbanlarının sayı 2013-cü illə müqayisədə 80 faiz artıb.

DPA agentliyinin verdiyi məlumata görə, bu barədə İqtisadiyyat və Sülh İnstitutunun (The Institute for Economics and Peace) Qlobal Terrorism İndeksi adlı hesabatında deyilir.

Qurumun məlumatına görə, 2014-cü ildə törədilən terror aktları nəticəsində 32 658 nəfər ölüb. Müqayisə üçün, 2000-ci ildə 3 min 329 nəfər terrorizmin qurbanı olub.

Ən çox insan həyatı aparan terror aktları Əfqanıstan, İraq, Nigeriya, Pakistan və Suriyada qeydə alının. Bu 5 ölkənin payına dünyada baş verən terror aktlarının 78 faizi düşür. İlk onluğa həmçinin Hindistan, Yəmən, Somali, Liviya və Tailand daxildir./apa/
456 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq