Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2015

Azərbaycanlılarla ruslar arasında kütləvi dava - Sankt-Peterburqda

İki nəfər azərbaycanlı kəllə-beyin tarvması ilə xəstəxanaya yerləşdirilib

Rusiyanın şimal paytaxtında azərbaycanlılarla yerli sakinlər arasında kütləvu dava düşüb.

Hadisə Sankt-Peterburqun Cənub-Qərbində baş verib.

Kütləvi davaya səbəb axşam saatlarında yolu keçmək istəyən bir qrup piyadanın Marşal Zaxarov və Doblesti küçələrinin kəsişməsində az qala avtomobil tərəfindən vurulması olub. Avtomobilin sükanı arxasında azərbaycanlı olub. Onlar azərbaycanlı ilə mübahisə etməyə başlayıblar. Təkləndiyini görən azərbaycanlı sürücü köməyə tanışlarını çağırıb. Bundan sonra mübahisə daha da qızışıb.

Kütləvi dava nəticəsində iki nəfər azərbaycanlı döyülüb. Kəllə beyin travması və üz və sinə nahiyyələrindən zədə alan həmyerlilərimiz xəstəxanaya çatdırılıb. Azərbaycanlılardan birinin 27 yaşlı Murmansk vilayəti sakini olduğu bildirib.

"Rusteleqraf" saytının yaydığı məlumata görə, kütləvi dava nəticəsində iki azərbaycanlıdan başqa iki nəfər də Peterburq sakini xəsərat alıb. Onlardan birinin burnunun sındığı, digərinin isə diz və baş nahiyyələrindən zədə aldığı bildirilib.

Faktla bağlı kütləvi davada iştirak edən üç nəfər Peterburq sakini saxlanılıb, araşdırma aparılır. Saxlanılardan birinin əvvəllər məhkumluq həyatı yaşadığı bildirilib./apa/
432 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber