Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2015

Real” Ronaldonu satmağa razılıq verdi

“Real”ın futbolçusu Kriştianu Ronaldo karyerasını başqa ölkədə davam etdirə bilər. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, “kral klubu”nun rəhbərliyi portuqaliyalı forvardı satmağa razılıq verib.

İspaniya nəhəngi PSJ, “Mançester Yunayted” və “Mançester Siti”nin maraq dairəsində olan 31 yaşlı oyunçu üçün şərt qoyub. Belə ki, hansı komanda “Real”ın Ronaldo üçün xərclədiyi məbləği ödəməyə razılıq versə, madridlilər bu keçidi qəbul edəcəklər. Bir sözlə, ispan klubunun liderinin transfer qiyməti 80 milyon funt-sterlinqdi.

Qeyd edək ki, “Real” Ronaldonu 2009-cu ildə “Mançester Yunayted”dən məhz 80 milyon funt-sterlinqə almışdı.
666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:13